"iOS 9" əməliyyat sistemi sentyabrda istifadəyə veriləcək

"iOS 9" əməliyyat sistemi sentyabrda istifadəyə veriləcək Onun yükləndiyi telefon toxunuşdan öncə nə istədiyinizi anlayacaq
İKT
19 İyun , 2015 09:15
iOS 9 əməliyyat sistemi sentyabrda istifadəyə veriləcək

Bakı. 19 iyun. REPORT.AZ/ “Apple” şirkətinin sentyabr ayında istifadəyə veriləcək “iOS 9” əməliyyat sisteminə əvvəlki versiyalardan fərqli funksiyalar əlavə olunub. “Report” bildirir ki, dəyişiklik yeni versiyanın əsl smartfonlara uyğun olaraq, “ağıllı” və daha “həssas” olmasındadır.

“iOS 9” yüklənilən telefon toxunmazdan əvvəl artıq nə istədiyinizi anlayacaq və toxunmaq istədiyiniz funksiyanı aktivləşdirəcək.

Yeni nəsil mobil əməliyyat sistemi “iOS 9” ilə birlikdə təqdim ediləcək "touch prediction" xüsusiyyəti "iPhone" və ya "iPad" istifadəçilərinə həm sürətli əməliyyat edə bilməsi, həm də istifadəni asanlaşdırması üçün hazırlanıb.

Bununla yanaşı, yeni versiyada telefonun daha çox enerji saxlama bacarığının da olduğu bildirilir. Qeyri-rəsmi məlumatlar arasında yer alan xəbərlərə görə, “iOS 9” bu günə qədər istehsal olunan "iPhone" və "iPad"lardan fərqli olaraq daha rahat istifadə üçün daha böyük ekran tələb edir, bu da o deməkdir ki, “Apple”in növbəti məhsulu böyük ekranlı "iPad"lar olacaq. Bənzər hal “iPhone 6” və “iPhone 6 plus”un təqdimatından əvvəl “iOS 8 beta” versiyasının istifadəyə verilməsi olub. 

Son xəbərlər

Orphus sistemi