Yuxarı
    Bağlamaq

    "Intel" korporasiyasının prezidenti vəzifəsini tərk edəcək

    35 ildir şirkətdə işləyən R.Ceyms 2016-ci ilin yanvar ayında vəzifəsindən ayrılacaq

    Bakı. 2 iyul. REPORT.AZ/"Intel" korporasiyasının prezidenti Rene Ceyms gələn il vəzifəsini tərk edəcək.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, 35 ildir şirkətdə işləyən R.Ceyms 2016-ci ilin yanvar ayında vəzifəsindən ayrılacaq.

    Şirkətdə digər təşkilati dəyişikliklər də baş tutacaq. Belə ki, "Intel Capital" investisiya fondunun prezidenti Arvind Sodhani də vəzifəsini tərk edəcək.

    "Intel" korporasiyası 1968-ci ildə yaradılıb. Şirkət kompüter komponentlərinin geniş spektrini və elektron qurğular istehsal edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi