"Instagram" öz messencerini sınaqdan keçirməyə başlayıb

"Instagram" öz messencerini sınaqdan keçirməyə başlayıb Proqramın qlobal tətbiqinə başlama tarixi hələ təyin edilməyib
İKT
8 Dekabr , 2017 05:58
Instagram öz messencerini sınaqdan keçirməyə başlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ "Instagram" sosial şəbəkəsi öz messencerini sınaqdan keçirməyə başlayıb.

“Report” xəbər verir ki, proqram "Direct" adını alıb.

"Instagram" interfeysi daxilində şəxsi mesajlar mübadiləsi üçün mövcud bölmə də belə adlanır.

Hazırda yeni messencer altı ölkədə - İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Çili və Uruqvayda test rejimində işləyir.

Proqramın qlobal tətbiqinə başlama tarixi hələ təyin edilməyib.

Son xəbərlər

Orphus sistemi