"Instagram"ın işində problem yaranıb

"Instagram"ın işində problem yaranıb Bakı. 5 mart. REPORT.AZ/ Bazar ertəsi bir sıra ölkələrdə Instagram sosial şəbəkəsinin işində problem müşahidə olunub.
İKT
5 Mart , 2019 02:41
Instagramın işində problem yaranıb

Bakı. 5 mart. REPORT.AZ/ Bazar ertəsi bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.

"ABŞ-ın şərq sahilində 16:13-dən "Instagram"ın işində problemlər müşahidə olunur", - deyə məlumatda bildirilir.

Sosial şəbəkənin işindən daha çox Avstriya, Almaniya, İspaniya, Niderlan və Fransada yaşayan istifadəçilər şikayətləniblər. Problemlər həmçinin İtaliya, Polşa, ABŞ, Türkiyə və İsveçdə də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi