Yuxarı
    Bağlamaq

    IMF: Azərbaycan internet xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib

    © AFP 2017/ MANDEL NGAN

    Bakı. 31 oktyabr. REPORT.AZ/ “Son zamanlar Azərbaycan, Körfəz ölkələrinin Əməkdaşlıq Şurası və Livan internetin və mobil telefon xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib”. 

    “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) oktyabr ayı üçün yaydığı “Regional Economic Outlook”da qeyd edilir.

    IMF hesab edir ki, bu baxımdan ən zəif addımlar Cibuti, Pakistan, Sudan, Tacikistan və Yəmən hökumətləri tərəfindən atılıb: “Ermənistan, Gürcüstan və Qırğızıstan kimi ölkələrdə mobil ödəmə sistemləri arasında əməkdaşlığın olmaması bazarları parçalayır, bəzi ölkələrdə isə mobil xidmət tarifləri yüksəkdir. Qeyd edilən ölkələrdə əhali gəlirinin ən azı 10%-ni ən sadə mobil telefon xidmətləri üçün ödəyir”.

    Fondun hesabatında deyilir ki, region ölkələrindən yalnız Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın kibercinayətkarlıq və kibertəhlükəsizliklə bağlı spesifik qanunvericiliyi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi