Yuxarı

Azərbaycan İran ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq sənədini təsdiq edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi tapşırığı verilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və İran hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərmanı təsdiq edib.

"Report" xəbər verir ki, dövlət başçısı konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. Azərbaycan hökuməti ilə İran hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycanın Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İranhökumətini xəbərdar etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi