Yuxarı

III Belarus-Azərbaycan İKT Forumu keçiriləcək

Əli Abbasov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Gennadi Axramoviçlə görüşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

RYTN-dən “Report”a verilən məlumata görə, nazir İKT, rabitə və yüksək texnologiyalar sahəsində mövcud fəaliyyətin dərinləşdirilməsi üçün potensialın olduğunu qeyd edərək, bu sahədə gələcək əməkdaşlığa dair maraq göstərilən sahələrdən söz açıb.

Gennadi Axramoviçin səfir postuna təyinatı ilə bağlı təbriklərini də çatdıran nazir yeni diplomatın qarşıdakı fəaliyyəti dövründə ölkələr arasında dinamik inkişafa töhfə verəcəyinə əminliyini vurğulayıb.

Diplomat gələcək fəaliyyəti çərçivəsində İKT, rabitə və yüksək texnologiyalar sahəsində yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi, genişləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə “Bakutel-2015” sərgi-konfransında milli stendlə çıxış edəcək Belarusun 15-ə yaxın şirkətlə təmsil olunacağı, həmçinin sərgi çərçivəsində yüksək texnologiyalar üzrə III Belarus-Azərbaycan İKT Forumunun keçiriləcəyi də qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi