Yuxarı

İyunun 30-da dünya saatına bir saniyə əlavə olunacaq

Bu, ciddi problem yaradaraq kompüter sistemini dondura bilər

Bakı. 22 iyun. REPORT.AZ/ Yer kürəsinin Günəş ətrafında dönüş sürətinin yavaşladığını müəyyən edən astronomların tövsiyəsi ilə iyunun 30-da “Dünya saatına” 1 saniyə əlavə olunacaq.

“Report” Türkiyə mediasına istinadən bildirir ki, dünyanın yavaşlamasına uyğunlaşmaq üçün bu addımı atmaq zəruridir. İyunun 30-dan iyulun 1-nə keçən gecə saatlar 23:59:59-da iki dəfə “zəng çalacaq”. Beləcə, dünya saatına 1 saniyə əlavə edilərək, Yer kürəsinin yavaşlamasının yol açdığı gün və mövsüm sürüşməsindən doğan “müddət açığı” bağlanmış olacaq.

Ancaq 1 saniyəlik əlavə informasiya-kommunikasiya mütəxəssislərini düşündürür. Mütəxəssislərə görə, əlavə 1 saniyə, bir çox texnoloji sistemin texniki problemlər yaşamağına, hətta çökməsinə səbəb ola bilər. Çünki saatlar 23:59:59-da bir saniyə yerinə iki saniyə vuranda çox sayda kompüter sistemi bunu bir qəza olaraq qəbul edib dayana bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi