​İsveç və İsveçrə rəqəmsal radioyayıma keçir

​İsveç və İsveçrə rəqəmsal radioyayıma keçir FM yayımı maksimum 2024-cü ildə dayandırılacaq
İKT
12 Yanvar , 2015 15:00
​İsveç və İsveçrə rəqəmsal radioyayıma keçir

Bakı. 12 yanvar. REPORT.AZ/ İsveç və İsveçrə analoq radio FM yayımından rəqəmsal "DAB+" yayım standartına keçid üzrə "yol xəritəsi"ni təqdim edib. Ölkələr bəyanatı Almaniyanın ARD şirkətinin rəqəmsal radioyayım standartına keçməyə, eləcə də Norveçin 2017-ci ildə bütün parametrlər üzrə analoq FM yayımını dayandırmağa hazır olmasını bildirdikdən sonra verib. "Report"un məlumatına görə, bu barədə məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı yayıb.

İsveçin rəqəmsal radioyayım əlaqələndiricisi Nina Vormbs "yol xəritəsi"ni ölkənin mədəniyyət nazirinə təqdim edərək, ictimai yayım və kommersiya radio şirkətləri ilə birlikdə hazırlanan planı izah edib.

İsveç parlamentinin 2015-ci ilin payızında "yol xəritəsi" ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Bu şərtlər 2020-ci ilədək yerinə yetiriləcəyi təqdirdə FM yayımı 2022-ci ildə, o vaxtadək müəyyən müddəalar icra edilməsə, 2024-cü ildə dayandırılacaq.

İsveçrənin kommersiya və ictimai yayım sektorları rəqəmsal yayıma keçid məsələləri üzrə işçi qrupu yaratmaq üçün Britaniyanın OFCOM media tənzimləyicisi ilə səylərini birləşdirib. İşçı qrupu İsveçrə Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə nazirlikləri üçün hesabat təqdim edib. Hesabatda ölkənin radio yayımının analoq FM standartlardan rəqəmsal "DAB+" standartına keçid üzrə "yol xəritəsi" yer alıb.

Sənəddə qeyd olunur ki, İsveçrə radiostansiyaları 2024-cü ilədək rəqəmli "DAB+" standartına keçməli və qeyd olunan müddətədək ölkədə bütün analoq FM ötürücüləri istismardan çıxarılmalıdır.

Qeyd olunanlar Avropada "DAB/DAB+" standartında rəqəmsal radioyayım şəbəkələrinin inkişafının yüksək dinamika ilə getməsindən xəbər verir. Hazırda bu yayım şəbəkəsi ilə Böyük Britaniya, İsveçrə, Norveç, Danimarka, Niderland və Almaniya ərazisinin 90%-i, rəqəmsal radionun ilkin istifadəyə verilməsi mərhələsində olan İtaliyada isə ərazinin 65%-i əhatə olunub.

Son xəbərlər

Orphus sistemi