İstehsalçı "Galaxy Note 7" smartfonlarının satışını dayandırıb

İstehsalçı "Galaxy Note 7" smartfonlarının satışını dayandırıb Bu, smartfondakı batareyaların partlaması faktları ilə bağlıdır
İKT
1 Sentyabr , 2016 10:50
İstehsalçı Galaxy Note 7 smartfonlarının satışını dayandırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Samsung” şirkəti istehsal etdiyi “Galaxy Note 7” smartfonunun tədarükünü qeyri-müəyyən müddətə təxirə salıb.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, həmin qurğunun əlavə keyfiyyət sınaq testlərinin aparılması zərurəti ilə bağlıdır. Belə ki, son vaxtlar smartfondakı batareyaların telefon sahiblərinin əlində partlaması hallarına rast gəlinir.

Cənubi Koreyanın “Yonhap” agentliyinin bildirdiyinə görə isə “Samsung” məhsulun tədarükünü batareyaların partlamasına görə təxirə salmayıb. Ümumiyyətlə, məhsulun bazara çıxarılmasını dayandırıb. Son günlər “Baidu” sosial xidmətinin 5 istifadəçisi “Samsung” smartfonunun partlaması və batareyasının alışması ilə bağlı şikayət ediblər.

Qeyd edək ki, bəzi hallarda sözügedən smartfonlar onlara orijinal olmayan batareya adaptoru qoşulduğu üçün yanıb.

Son xəbərlər

Orphus sistemi