Yuxarı

​İŞİD-in hakerləri "Rəvan Sığorta"nın saytına hücum edib

Bir müddət əvvəl Amrahbankın da saytı analoji hücuma məruz qalıb

Bakı. 23 iyul. REPORT.AZ/ Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar. “Report” xəbər verir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər “Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi