İnternetdə müxtəlif serverlərə sərbəst pullu giriş imkanları satılır

İnternetdə müxtəlif serverlərə sərbəst pullu giriş imkanları satılır "Kaspersky Lab": Hazırda bu meydançada 400-dən çox satıcı 173 ölkədən serverə giriş imkanı təklif edir
İKT
20 İyun , 2016 13:01
İnternetdə müxtəlif serverlərə sərbəst pullu giriş imkanları satılır

Bakı. 20 iyun. REPORT.AZ/ Avropa internet provayderinin köməyi ilə “Kaspersky Lab” şirkəti cinayətkarların kommersiya və dövlət təşkilatlarının serverlərinə giriş imkanı satan beynəlxalq genişmiqyaslı veb-meydança aşkar edib. Burada bir serverə girişin minimal qiyməti 6 ABŞ dolları təşkil edir. “Kaspersky Lab”dan "Report"a verilən məlumata görə, hazırda “xDedic” adı altında fəaliyyət göstərən tanınmış resurs alıcılara 70 mindən artıq hücuma məruz qalmış serverə giriş təklif etməyə hazırdır. Onların böyük hissəsi tanınmış saytlar və veb-servislərdir. Hücuma məruz qalmış serverlərin əhəmiyyətli hissəsi Rusiyadadır. Bununla yanaşı, ticarət platformasını rusdilli qruplaşmanın yaratdığı təxmin edilir.

"Kaspersky Lab” şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, “xDedic”ə məlumatlar adətən serverə birbaşa hücumlar sayəsində daxil olur. Lakin məlumatları satışa çıxarmazdan öncə meydança operatorları protokolların konfiqurasiyasını, yaddaşı, proqram təminatını, brauzer tarixini və digər detalları, yəni alıcıları maraqlandıracaq bütün xüsusiyyətləri yoxlayırlar. Nəticədə, hazırda “xDedic” meydançasında dövlət, kommersiya və təhsil təşkilatlarına məxsus serverlərə, mərc və onlayn oyunları, internet mağazaları, bank və ödəniş sistemləri xidmətləri, mobil şəbəkə veb-servisləri, internet provayder resurslarına giriş yaradan məlumatların saxlandığı serverlərə rast gəlmək mümkündür. Bununla yanaşı, “xDedic”də əvvəlcədən quraşdırılmış proqram təminatı ilə serverlər satılır. Onlar birbaşa poçt, maliyyə və POS proqramlara girişə malik olduqlarından hücumları asanlaşdırır.

Serverlərin qanuni sahiblərinin əksər hallarda onların İT-infrastrukturunun kibercinayət əməliyyatlarında istifadə olunduğu barədə xəbərləri olmur. Ehtimal olunur ki, “xDedic” meydançası 2014-ci ildə yaradılıb, lakin cinayətkarlar arasında populyarlığı yalnız 2015-ci ilin ortalarında qazanıb. Hazırda sözügedən meydançada 400-dən çox satıcı 173 ölkədən serverə giriş imkanı təklif edir. Rusiya ilə yanaşı ən zərərçəkmiş ölkələr siyahısında Braziliya, Çin, Hindistan, İspaniya, İtaliya, Fransa, Avstraliya, CAR və Malayziya da var.

Son xəbərlər

Orphus sistemi