İnnovasiyalar Agentliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

İnnovasiyalar Agentliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov və nümayəndələri İnnovasiyalar Agentliyində olub.
İKT
16 Avqust , 2019 19:31
İnnovasiyalar Agentliyi Asiya İnkişaf Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə meneceri Nariman Mannapbekov və nümayəndələri İnnovasiyalar Agentliyində olub. 

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

İlk olaraq qonaqlar Agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya və Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.

Görüş zamanı İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və tədbirləri haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra iki qurum arasında qarşılıqlı əməkdaşlıq prespektivləri və birgə layihələr barədə müzakirə aparılıb, Azərbaycanda mövcud olan investisiya imkanlarına dair qarşılıqlı fikir mübadiləsi yürüdülüb.

Son xəbərlər

Orphus sistemi