AMEA ​İnformasiya Texnologiyaları İnstitutunun saytı yeni dizaynda istifadəyə veriləcək

AMEA ​İnformasiya Texnologiyaları İnstitutunun saytı yeni dizaynda istifadəyə veriləcək Dövlət Dəniz Akademiyası, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytlarının yeni dizaynı müzakirə edilib
İKT
19 Aprel , 2016 19:35
AMEA ​İnformasiya Texnologiyaları İnstitutunun saytı yeni dizaynda istifadəyə veriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyətində İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan veb-saytların təqdimatına həsr olunan müşavirə keçirilib. “Report” İnstituta istinadən xəbər verir ki, tədbirdə Dövlət Dəniz Akademiyası, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytları və “www.ikt.az” saytının yeni dizaynı müzakirə edilib.

İnstitutun 16 saylı şöbəsinin müdiri Gülnarə Nəbibəyova çıxışında veb-saytları təqdim edərək onların strukturu və dizaynı haqqında ətraflı məlumat verib. Veb-saytların yaradılması və idarə edilməsinə dair tələblərə cavab verdiyini, təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb: “Azərbaycan Dövlət Dəniz Akademiyasının 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-saytında “Xəbərlər”, “Elanlar”, “Akademiya haqqında”, “Təhsil”, “Elm”, “Beynəlxalq fəaliyyət”, “Tələbə həyatı” kimi bölmələr yer alıb. Eyni zamanda akademiyada təşkil olunan mühüm tədbirlər haqqında foto və video informasiya “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapıb”.

Şöbə müdiri bildirib ki, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytında elanlar və müxtəlif kateqoriyalar üzrə xəbərlər yerləşdirilən sayt güclü axtarış sisteminə malikdir. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək saytda “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Dissertasiya şurası”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər”, “Rəsmi sənədlər”, “Konfranslar” kimi bölmələrin də yer alıb. İnstitutda keçirilən mühüm tədbirlər “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapıb. Bundan əlavə, veb-saytların administrasiyası üçün təyin edilən məsul şəxslərə İnstitutda tədris kursu keçilib və saytların idarə edilməsinə dair zəruri biliklər aşılanıb”.

Daha sonra “www.ikt.az” saytının yeni dizaynı təqdim olunub. Fərqli dizayna malik veb-sayt yaxın zamanda istifadəyə veriləcək.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, müasir dövrdə istənilən qurumun, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili olduqca vacibdir: “Bu baxımdan institutun mütəxəssisləri tərəfindən hazırlanan veb-saytları müvafiq elm və təhsil müəssisələrinin fəaliyyəti haqqında məlumatların ölkə, dünya ictimaiyyətinə çatdırılmasını təmin edən mühüm informasiya resursu kimi yüksək qiymətləndirəm”.

Son xəbərlər

Orphus sistemi