Bakı. 31 oktyabr. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vətəndaş elminin inkişafında sosial medianın rolu” mövzusuna həsr olunan elmi seminar keçirilib.
“Report”un İnstituta istinadən verdiyi xəbərə görə, seminarda çıxış edən institutun şöbə müdiri
Seminarda məruzə ilə çıxış edən şöbənin əməkdaşı Nərgiz Verdiyeva Veb 2.0-ın tətbiqləri, sosial media, vətəndaş elmi (citizen science) haqqında ətraflı məlumat verib. O, vətəndaş elminin çox sayda həvəskar vətəndaşın elmi tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyası olduğunu deyib:
“Vətəndaş elmi layihələri vətəndaşları elmdə fəal iştiraka cəlb etməklə, yeni bilik və anlayışlar yaradır. Bu kimi layihələr getdikcə daha çox informasiya texnologiyalarına əsaslanır. Tələb olunan verilənlər onlayn portallar və mobil tətbiqlər vasitəsilə toplanır. Vətəndaş elmini dəstəkləyən təşkilatlar - “Citizen Science Association”, “European Citizen Science Association” (ECSA), “Australian Citizen Science Association”, “European Environment Agency” və digər təşkilatlardaxildir. Vətəndaş elmi layihələrinin sayısürətlə artıb”.
N.Verdiyeva vurğulayıb ki, insanlara asanlıqla qarşılıqlı əlaqə yaratmağa və verilənləri açıq paylaşmağa imkan verən Veb 2.0-ın tətbiqininsosial medianın inkişafında böyük rolu var: “Bu layihələrin təbliği, könüllülərin cəlb olunması, verilənlərin toplanması, nəticələrin müzakirə edilməsi və mübadiləsində sosial medianın imkanlarından geniş istifadə olunur. Sosial şəbəkə texnologiyalarının elmi prosesə tətbiqində Science 2.0-ın böyük əhəmiyyəti var”.
Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.