İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib

İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib Bakı. 8 noyabr. REPORT.AZ/ “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask “Tesla”nın Direktorlar Şurasının sədri vəzifəsinə Robin Denholmun gətirilməsinə münasibət bildirib.
İKT
8 Noyabr , 2018 14:34
İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask “Tesla”nın Direktorlar Şurasının sədri vəzifəsinə Robin Denholmun gətirilməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, İ.Mask “Twitter”dəki səhifəsində şirkətin rəhbər heyətinə qoşulduğu üçün xanım Denholma təşəkkür etmək istədiyini bildirib: “Bu, böyük şərəfdir. Onunla çalışmağı çox arzulayıram”.

Qeyd edək ki, Qiymətli Kağızlar və Mübadilə Komissiyası (Securities and Exchange Comission – SEC) ilə razılaşmaya əsasən, yaratdığı şirkətin Direktorlar Şurasının sədrliyindən gedən İlon Mask şirkətin səhmlərini satın alacağı barədə "Twitter"də yazdığı xəbərlərlə investorları çaşdırmaqda ittiham olunmuşdu. Komissiya onun sözügedən vəzifədən istefa verməsi və 20 milyon dollar cərimə ödəməsi müqabilində üzərindən bu ittihamı götürməyə razılaşmışdı.

Son xəbərlər

Orphus sistemi