Yuxarı
    Bağlamaq

    I Avropa Oyunları ilə bağlı internet təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib

    İnternet təhlükəsizliyi üçün müxtəlif məkanlarda ehtiyatlılıq təmin edilib, DDOS hücumlardan müdafiə üçün müvafiq avadanlıq quraşdırılıb

    Bakı. 4 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet xidmət provayderləri ilə internetin təhlükəsizliyi üzrə müvafiq iş aparıb, sponsor saytların monitorinqini həyata keçirib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, ölkədə internet təhlükəsizliyi üzrə həyata keçirilən tədbirlər “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar olaraq daha da genişləndirilib.

    Qeyd olunub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi 100-dən artıq dövlət saytının monitorinqini aparıb. Bir neçə internet saytının təhlükəsizliyi sahəsində boşluqlar aşkar edilərək aidiyyəti qurumlara məlumat göndərilib. “Delta Telecom” şirkəti isə internet təhlükəsizliyinin təmin olunması üçün müxtəlif məkanlarda ehtiyatlılığı təmin edib, DDOS hücumlardan müdafiə üçün müvafiq avadanlıq quraşdırıb.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi öz növbəsində internet xidmət provayderləri ilə internetin təhlükəsizliyi üzrə müvafiq iş aparıb, sponsor saytların monitorinqini həyata keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi