Yuxarı

“Huawei” əyilən ekranlı smartfonun istehsalına daha sonra başlayacaq

“Huawei” əyilən ekranlı smartfonun istehsalına daha sonra başlayacaq

“Huawei” şirkəti “Mate X” qatlanan ekranlı smartfonunu əlavə sınaqlardan keçirmək üçün istehsalına sentyabr ayında başlayacaq.

“Report” CNBC-yə istinadən xəbər verir ki, “Samsung”un “Galaxy Fold” əyilən telefonlarının bir neçə zəngdən sonra xarab olması çinli istehsalçını belə bir qərara vadar edib.

Qeyd edək ki, fevral ayında təqdimatı keçirilən “Mate X” “Galaxy Fold” kimi içəri yox, bayıra qatlanır. İlkin olaraq iyun ayından geniş istehsala başlanması nəzərdə tutulsa da, 5G formatını da dəstəkləyən 2,6 min dollarlıq “Mate X” əlavə sınaqlar üçün kütləvi istifadəçilərə bir qədər gec çatdırılmalı oldu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi