Yuxarı

Hakerlər İsveçin Baş nazirinin partiyasının "Twitter" hesabını qırıblar

​Hakerlər İsveçin Baş nazirinin partiyasının "Twitter" hesabını qırıb

Hakerlər bazar ertəsinə keçən gecə İsveçin Sosial Demokrat Partiyasının "Twitter" hesabını qırıb və Stefan Levenin Baş nazir vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdiriblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bazar ertəsi səhər Stefan Leven Baş nazir və partiyanın lideri vəzifəsindən ayrılacaq. Onun yerinə Sebastyan partiya lideri və Baş nazir olacaq", - gecə saat 02:00 radələrində (Bakı vaxtı ilə 04:00) partiyanın "Twitter" hesabında yerləşdirilən ilk mesajda bildirilib. 

Ardından dalbadal İsveçdə marixuananın qanuniləşdirilməsi və bitkoinlər almaqla bağlı çağırışlar yerləşdirilib. Partiyanın loqotipində də bitkoinin narıncı nişanı peydə olub. Partiyadan "Dagens Nyheter" nəşrinə açıqlamada "Twitter" hesabının qırıldığı təsdiqlənib və 07:30-a (09:30 Bakı vaxtı ilə) qədər mesajların hələ səhifədən silinmədiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi