"Google"un sistemi məlumat itkisi ilə üzləşib

"Google"un sistemi məlumat itkisi ilə üzləşib Nasazlığı aradan qaldırmaq üçün şirkət dörd gün sərf edib
İKT
20 Avqust , 2015 10:41
Googleun sistemi məlumat itkisi ilə üzləşib

Bakı. 20 avqust. REPORT.AZ/ ABŞ-ın “Google” şirkətinin Belçikada yerləşən məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurması istifadəçi məlumatlarının qismən itirilməsinə səbəb olub.

“Report” xarici mediaya istinadən bildirir ki, avqustun 13-də başlayan tufanın "Google Compute Engine” servisinin fəaliyyətinə təsir göstərməsi nəticəsində bir sıra istifadəçilər fayllardan istifadə etmək imkanından məhrum olub. Digər məlumatları bir neçə saat sonra bərpa etmək mümkün olub. Nasazlığı aradan qaldırmaq üçün şirkət dörd gün sərf edib.

“Google” nümayəndələri bildirib ki, təxminən 0,000001% informasiya məhv edilib. Avtomatik yardımçı sistemlərin enerjinin verilməsini operativ şəkildə bərpa etməsinə və məlumat saxlama sistemlərinin ehtiyat batareya enerjisinə malik olmasına baxmayaraq, saxlanılan məlumatların bəzisi elektrik enerjisinin kəsilməsinə daha çox həssas saxlama sistemlərində saxlanılıb və itkisiz ötüşmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi