Yuxarı

"Google"un kvant komputeri klassik komputerlərdən dəfələrlə tez işləyəcək

"Google"un kvant komputeri klassik komputerlər dəfələrlə tez işləyəcək

"Google"ın "Sycamore" prosessoru dünya üzərini əhatə edən ən güclü klassik komputerlərin 10 min ildə tamamlaya biləcəyi əməliyyatı 3,5 dəqiqəyə tamamlaya bilər. "Google" Süni İntellekt Kvant Qrupunun üzvləri bununla da kvant komputerinin üstünlüyünü açıqlayıblar.

"Report" bu barədə "Nature" jurnalına istinadən xəbər verir.

Məlumata görə, "Google"un inkişaf etdirdiyi bu sistemlə əlaqədar məqalə keçən ay NASA tərəfindən yayımlansa da, sonradan müəmmalı şəkildə geri çəkilmişdi, ancaq "Nature"də yayımlanan son məqalə ilə bu geri çəkilən informasiya müəyyən mənada rəsmi olaraq təsdiqlənib.

Xatırladaq ki, kvant komputer- ən kiçik hissəciklərin qeyri-adi davranışlara çox böyük məlumat kütləsinə çatmalarına əsaslanır. Hissəciklər kiçik olduğu üçün hərəkət və davranışlara cox az enerji istifadə edir və daha sürətli, hətta saniyyələr ərzində məlumatı emal edə bilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi