Yuxarı

"Google" şirkəti 280 min istifadəçinin məlumatlarını silib

Ən çox unudulma tələbi Fransadan gəlib

Bakı. 13 iyul. REPORT.AZ/ Avropa Ədalət Divanının ötən il özəl həyatla bağlı qəbul etdiyi qərarı dəstəkləyən ABŞ-ın “Google” şirkəti öz müraciətləri əsasında 280 min istifadəçinin məlumatlarını silib.

“Report” xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqı ölkələri arasında ən çox “unudulma” müraciəti Fransadan gəlib.

“Google”dan verilən açıqlamaya görə, bu kəslərlə əlaqədar ümumilikdə 602 min səhifənin geri qaytarılması mümkün olmayacaq formada yox edilib. Şirkət, ən çox “facebook” səhifəsinin nəticələrinə dair məlumatların silinməsi ilə bağlı tələbatın olduğunu açıqlayıb. Ən çox unudulma tələbi isə adi vətəndaşlardan gəlib. Keçmişlərini gizlətmək istəyən terrorist, qatil, təcavüzçü və pedofil hökmü ilə məhkumluq alan insanlar isə siyahının əvvəlində qeyd olunub. Ən çox “unudulma” tələbi isə 197 min səhifə ilə Fransadan gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi