Google patentlərin alınması üçün portal açır

Google patentlərin alınması üçün portal açır Portal mayın 8-dən 22-dək açıq olacaq
İKT
28 Aprel , 2015 02:51
Google patentlərin alınması üçün portal açır

Bakı. 28 aprel. REPORT.AZ/ Google şirkəti bəyan edib ki, fiziki şəxslərin öz patentlərini sata bilmələri üçün eksperimental patent portalı açır. "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, patent sahibləri öz patentləri barədə Google şirkətinə bu portal vasitəsilə məlumat verə və potensial qiyməti öyrənə bilərlər.

Patentlərin Alınması Proqramı (The Patent Purchase Promotion program) üçün portal mayın 8-dən 22-dək açıq olacaq.

Google bildirib ki, patent sorğusu edənlərə iyunun 26-dək cava veriləcək və ödənişlər avqustun sonunadək ediləcək.

Son xəbərlər

Orphus sistemi