Yuxarı
    Bağlamaq

    “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib

    Öz biznesinə başla və təkmilləşdir adlı təlimlərdə 15 gənc iştirak edib

    Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib.

    "Bakcell"dən "Report"a daxil olan məlumata görə, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri”nin himayəsində olan 15 gənc "Öz biznesinə başla və təkmilləşdir" adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayayıb. Növbəti mərhələdə “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərinin daxil olduğu Qiymətləndirmə Komissiyası daxil olan müraciətləri nəzərdən keçirəcək. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi "Bakcell" şirkəti tərəfindən maliyyələşdiriləcək.

    Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB "Bakcell" şirkətinin maliyyə dəstəyilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-in beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

    BƏT-in “Öz biznesinə başla və təkmilləşdir”proqramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumət səviyyəsində tətbiq olunur.

    Xatırladaq ki, "Bakcell" 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi