“Gənclər kitab oxuyur” layihəsinin mövsümi qapanış mərasimi keçirilib

“Gənclər kitab oxuyur” layihəsinin mövsümi qapanış mərasimi keçirilib Layihəni son qiraətçisi Çinarə Cəlilova olub
İKT
30 İyun , 2017 16:55
“Gənclər kitab oxuyur” layihəsinin mövsümi qapanış mərasimi keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin təşkil etdiyi “Gənclər kitab oxuyur” layihəsinin mövsümi qapanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, layihə müddətində "Azercell" şirkətinin mütəxəssisləri tərəfindən seçilən "Gənclər kitab oxuyur” müsabiqəsinin qalibləri hər həftə "Starbucks" kafesində publika qarşısında kitab oxuyublar.

Tədbirdə "Azercell"in nümayəndəsi Sahilə İbrahimova bildirib ki, layihə vasitəsilə əsasən Azərbaycanın yeni ədəbiyyatı təqdim edilib: "Müasir dövrdə kitaba olan maraq azalıb. Qloballaşma müəyyən dəyərləri eyniləşdirsə də, hər xalqın özünəməxsus dəyərləri var. Bu özünəməxsusluğu iqtisadiyyat və digər sahələrdə də saxlamaq çətindir. İncəsənətdə isə belə deyil. Biz çalışırıq ki, dünyaya unikal elmi intellektual məhsulumuz ilə çıxaq. Bunun üçün də Azərbaycan oxucusu öz müəlliflərini tanımalıdır".

Layihəni son qiraətçisi müsabiqənin qaliblərindən olan Çinarə Cəlilova olub.

Qeyd edək ki, “Gənclər kitab oxuyur” layihəsinin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli və gənc müəllifləri tanıtmaqdan ibarət olub.

Son xəbərlər

Orphus sistemi