Yuxarı
    Bağlamaq

    Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək

    Bakı. 27 dekabr. REPORT.AZ/ “WhatsApp” messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib.

    “Report” bu barədə “International Business Times” nəşrinə istinadən xəbər verir.

    Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq “WhatsApp” “Windows 8.0” və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də “BlackBerry OS” və yaxud “BlackBerry 10” markalı mobil telefonlarda işləməyəcək.

    Bundan başqa, gələn ildən “WhatsApp” “Nokia S40”, 2020-ci ildən isə “Android 2.3.7” bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi