Yuxarı

Gələn ay "iPhone 6S"in təqdimatı keçiriləcək

Tədbirdə bir sıra digər məhsullar da təqdim olunacaq

Bakı. 28 avqust. REPORT.AZ/ “Apple” şirkəti “iPhone 6S” və digər yeni məhsullarını təqdim edəcəyi tədbirin tarixini açıqlayıb.

“Report” xarici mediaya istinadən bildirir ki, şirkətin göndərdiyi dəvətnamələrə görə, gözlənilən məhsul sentyabrın 9-da San Fransiskoda yerli vaxtla saat 10:00-da təqdim olunacaq.

“Hey Siri, bizə bir ipucu ver” ("Hey Siri, give us a hint") adı altında təşkil ediləcək olan bu tədbirdə “iPhone 6S”, “iPhone 6S Plus” və “iPhone 6C” modellərinin yanında yeni nəsil “Apple TV”-nin də tanıdılacağı deyilib. Bundan başqa, tədbirdə “iOS 9” əməliyyat sisteminin də təqdimatı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi