Yuxarı

“Gameloft” mobil oyunlar sektorundan çıxır

Şirkət bu sektordan gəlir əldə edə bilmir

Bakı. 13 iyul. REPORT.AZ/ Bir çox ölkədə məşhur olan “Asphalt”, “Modern Combat” və “Batman” kimi mobil oyunların prodüseri “Gameloft” Nyu-Yorkdakı ofisini bağlamaq qərarına gəlib.

“Report” xarici mediaya istinadən bildirir ki, son dövrdə daha çox pulsuz, əyləncəli və standart qrafikli oyunlara yönələn "Gameloft" ani qəbul olunan qərarla sektordan çəkildiyini elan edib.

"Gameloft" proqramçısı Kevin Çen (Kevin Chen) firmanın Nyu-Yorkdakı ofisinin bağlandığını təsdiqləyib. Şirkət oyunlardan gəlir əldə etmədiyini və bu səbəbdən Nyu-Yorkdakı şöbəni bağlayıb sektordan çəkildiyi açıqlayıb.

Qeyd edək ki, Nyu-York ofisinin bağlanması ilə yüzdən çox çalışan da işsiz qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi