Yuxarı
    Bağlamaq

    “Forbes” İKT sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqini dərc edib

    Siyahıya Microsoft şirkətinin yaradıcısı Bil Qeyts başçılıq edir

    Bakı. 6 avqust. REPORT.AZ/ Dünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində informasiya və yüksək texnologiyalar sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqi dərc edilib.

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya amerikalı biznes maqnatı, filantrop, "Microsoft" şirkətinin yaradıcısı Bil Qeyts başçılıq edir. Onun 79.6 milyard dollara sahib olduğu bildirilir.

    İkinci pillədə "Oracle" şirkətinin sahibi Larri Ellison qərarlaşıb (50 milyard dollar).

    Üçlüyü "Amazon" portalının hissə sənədlərinin 90 faizinə sahib olan Ceff Bezos (47.8 milyard dollar) tamamlayır.

    "Onluğa" "Facebook"un qurucusu Mark Zukeberq (41.2 milyard dollar), "Google" şirkətinin təsisçisi Larri Peyc (33.4 milyard dollar) və "Apple" şirkətinin mərhum qurucusu Stiv Cobs-un həyat yoldaşı - Loren Pauell-in (21.4 milyard dollar) adları da daxil edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi