"E-hökumət" portalına fevralda 496,6 min daxilolma qeydə alınıb

"E-hökumət" portalına fevralda 496,6 min daxilolma qeydə alınıb Statistik uçot aparıldığı gündən etibarən portala müraciət edənlərin ümumi sayı isə 1.329.1 min nəfər olub
İKT
11 Mart , 2015 20:26
E-hökumət portalına fevralda 496,6 min daxilolma qeydə alınıb

Bakı. 11 mart. REPORT.AZ/ “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən fevral ayı ərzində “Elektron hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə “Elektron hökumət” bülleteninin dərc olunması ilə bağlı brifinq keçirilib.

“Report” xəbər verir ki, bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin fevralın 28-ə qədər portala ümumilikdə 4.405.4 min nəfər daxil olub. Portala müraciət edənlərin ümumi sayı isə 1.329.1 min nəfər olub. Onların 30,2%-i yeni istifadəçilər, 69,8%-i isə təkrar müraciət edənlər təşkil edib. Fevral ayı ərzində isə portala 496,6 min daxilolma qeydə alınıb.

Bu dəfə bülletendə fevral ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısı, bir ay üçün təqdim olunmuş elektron imza vəsiqələri barədə statistik məlumatlar, fevral ayı üzrə bütün qurumlar üzrə portal tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatlar yer alıb.

Brifinqdə Əmlak Məsələləri Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri iştirak edib, mənsub olduqları dövlət qurumlarının elektron xidmət sahəsində həyata keçirilən elektron xidmətlərdən danışıblar.

Son xəbərlər

Orphus sistemi