“Fast Track” akselerasiya proqramının qalibləri “Silikon vadisi”ndə elan edilib

“Fast Track” akselerasiya proqramının qalibləri “Silikon vadisi”ndə elan edilib Bakı. 7 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı”nın nümayəndələri ABŞ İnnovasiya Mübadilə Proqramı (“USA Innovation Exchange Program”) çərçivəsində “Silikon vadisi”ndə bir sıra görüşlər keçirib.
İKT
7 Noyabr , 2018 11:35
“Fast Track” akselerasiya proqramının qalibləri “Silikon vadisi”ndə elan edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı”nın nümayəndələri ABŞ İnnovasiya Mübadilə Proqramı (“USA Innovation Exchange Program”) çərçivəsində “Silikon vadisi”ndə bir sıra görüşlər keçirib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşlərdən sonra Yüksək Texnologiyalar Parkının həyata keçirdiyi “Fast Track” Akselerasiya proqramının qalibləri elan olunub. Qaliblərə proqramda iştirak hüququ verən sertifikatlar təqdim olunub.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qeyd edib ki, qaliblərin məhz “Apple” şirkətinin baş ofisində elan olunması rəmzi xarakter daşıyır. “Bir zamanlar startap və ideya olan “Apple” şirkəti bu gün 1 trilyon dəyər ilə dünyanın ən böyük şirkətidir. Biz istədik ki, Azərbaycan startapları bu uğuru, miqyası və real nəticəni əyani görüb hiss etsinlər və layihələrinə inamları daha da artsın”.

“Fast Track” dövlət qurumu tərəfindən həyata keçirilən ilk Akselerasiya proqramıdır. Bu proqramın qalibi olmuş startap layihələrinə 4 ay ərzində müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri göstəriləcək. Qaliblər, həmçinin dövlət qurumları və özəl şirkətlərlə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək alacaqlar. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.

“Fast Track” proqramının münsifləri və mentorları ABŞ, İsrail, Polşa, Türkiyə və Rusiyadandır.

“Fast Track” Akselerasiya proqramının qalibləri:

1. “Tap2Doc”

2. “Data Forest”

3. “IQREX”

4. “Onbranch”

5. “Healthy Living”

“Golden ticket” almış layihələr:

1. “Buglance”

2. “KeepFace”.

Son xəbərlər

Orphus sistemi