Yuxarı

"Facebook"da şirkətlərin səhifələrini ələ keçirmək məqsədi ilə virus yayılıb - FOTO

Təqdim olunan linkə keçid etdikdə və şifrəni daxil etdikdə isə səhifənin idarəçiliyi dələduzların əlinə keçir

Bakı. 3 avqust. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsində yeni virus yayılıb. “Report” xəbər verir ki, “Pages Security” adlı proqram müxtəlif şirkətlərin rəsmi "Facebook" səhifəsini paylaşaraq onların sahiblərinə guya səhifələrinin ləğv olunacağı ilə bağlı xəbərdarlıq edir.

Məlumatda səhifənin blok edilməməsi üçün hesabın yenidən təsdiqlənməsi xahiş olunur. Təqdim olunan linkə keçid etdikdə və şifrəni daxil etdikdə isə səhifənin idarəçiliyi dələduzların əlinə keçir.

Məlumatda qeyd olunur ki, təqdim olunan linkə keçid etmədiyiniz təqdirdə “sistem avtomatik qaydada hesabınızı blok edəcək və yenidən istifadə mümkün olmayacaq”.

Özlərini “Facebook komandası” kimi təqdim edənlər bu yolla həmin səhifəni ələ keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi