Yuxarı

"Facebook"un icraçı direktoru şirkəti tərk edib

"Facebook"un baş icraçı direktoru Kris Koks şirkəti tərk edir.

“Report” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, bir neçə il ərzində ilk dəfə olaraq Koks səviyyəsində top-menecer "Facebook"u tərk deir.

Bildirilir ki, Koks şirkətdə 13 illik fəaliyyətin ardından nə üçün getdiyini açıqlamayıb.

"Facebook"un təsisçisi Mark Sukerberq Koksun gedişini təsdiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi