“Facebook” tarixində bir ilk qeydə alınıb

“Facebook” tarixində bir ilk qeydə alınıb Bir milyard insan ilk dəfə eyni vaxtda sosial şəbəkəyə daxil olub
İKT
28 Avqust , 2015 20:50
“Facebook” tarixində bir ilk qeydə alınıb

Bakı. 28 avqust. REPORT.AZ/ “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (Mark Zuckerberg) ötən gün yeni bir statistika açıqayıb. “Report” xarici mediaya istinadən bildirir ki, sosial şəbəkənin tarixində ilk dəfədir bir mlrd.-dan artıq insan eyni vaxtda “Facebook”a daxil olub.

Sözügedən hadisə bazar ertəsi günü baş verib. M.Zukerberq deyib ki, şəbəkədən istifadə edən hər 7 nəfərdən biri dostları və ailəsi ilə ünsiyyət qurmaq niyyəti ilə ora daxil olur.

Qeyd edək ki, sosial şəbəkənin milyardıncı istifadəçisi 2012-ci ilin noyabrında qeydiyyatdan keçib. “Facebook” iyul ayında dünyadakı internet istifadəçilərinin yarısından çoxunun ən az bir dəfə şəbəkəni ziyarət etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi