Yuxarı

“Facebook” şirkəti loqotipini dəyişdirib

“Facebook” şirkəti loqotipini dəyişdirib

“Facebook” şirkəti loqotipini eyni adlı digər sosial şəbəkə xidmətlərindən fərqləndirmək üçün dəyişdirib.

“Report” xəbər verir ki, şirkətin bu barədə açıqlamasında hazırladıqları məhsullar barədəki məlumat yaymağı təkmilləşdirmək məqsədi ilə şirkətin brandını yenilədikləri qeyd olunur.

“Facebook” şirkətinin başlıca xidmətləri sırasında “Facebook” əlavəsi ilə yanaşı, “Messenger”, “İnstagram”, “WhatsApp”, “Oculus”, “Workplace”, “Portal”, “Calibra” əlavələri sadalanır. 

“Bu əlavələr və texnologiyalar uzun illərdir vahid infrastruktura əsaslanır, onların komandaları da çox vaxt birgə çalışır”,- açıqlamada bildirilir.

Xatırladaq ki, qərargahı Kaliforniyada yerləşən “Facebook” şirkəti və sosial şəbəkəsi 2004-cü il fevralın 4-də gənc iş adamı Mark Zukerberq tərəfindən təsis edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi