“Facebook” məlumat sızdırdığına görə cərimələnə bilər

“Facebook” məlumat sızdırdığına görə cərimələnə bilər Bakı. 15 dekabr. REPORT.AZ/ “Facebook” istifadəçilərinin məlumatlarının məxfiliyini pozduğuna görə böyük məbləğdə cəriməyə məruz qala bilər.
İKT
15 Dekabr , 2018 16:53
“Facebook” məlumat sızdırdığına görə cərimələnə bilər

Bakı. 15 dekabr. REPORT.AZ/ “Facebook” istifadəçilərinin məlumatlarının məxfiliyini pozduğuna görə böyük məbləğdə cəriməyə məruz qala bilər.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, İrlandiya Məlumatların Qorunması Komitəsi bu sahədəki Avropa qanunlarına riayət olunmasına nəzarət çərçivəsində şirkət barəsində araşdırmalara başlayıb.

Avropada qüvvədə olan Ümumi Məlumatların Qorunmasının Tənzimlənməsi (General Data Protection Regulation - GDPR) əsasən, məxfiliyi pozan şirkətlər 23 milyon ABŞ dollarınadək, yaxud məbləği daha yüksək olduğu təqdirdə, illik mənfəətin 4 faizi məbləğində cərimə olunur.

Beləliklə, 2017-ci ildə 40 milyard dollaradək mənfəət əldə edən “Facebook” şirkəti bu il də mənfəəti eyni səviyyədə olarsa, 1,6 milyard dollara yaxın cərimə ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi