"Facebook"da xəbər lentinin passiv şəkildə vərəqlənməsi psixi sağlamlığa ziyan vura bilər

"Facebook"da xəbər lentinin passiv şəkildə vərəqlənməsi psixi sağlamlığa ziyan vura bilər Sosial şəbəkənin tədqiqatçıları bu qənaətə gəliblər
İKT
16 Dekabr , 2017 06:46
Facebookda xəbər lentinin passiv şəkildə vərəqlənməsi psixi sağlamlığa ziyan vura bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ "Facebook" tədqiqatçıları etiraf ediblər ki, xəbər lentinin gözdən keçirilməsi insana zərər vura bilər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin bloquna yerləşdirilən "Çətin sual: sosial şəbəkədə keçirilən vaxt bizə ziyan vura bilərmi" adlı məqalədə qeyd olunur.

"Facebook" tədqiqatçıları Devid Qinzberq və Moyra Burke belə bir qənaətə gəliblər ki, xəbər lentinin passiv şəkildə vərəqlənməsi insanların psixi sağlamlığı üçün əlverişsiz ola bilər.

"Ümumiyyətlə, əgər insanlar vaxtlarını passiv informasiya qəbul etməklə keçirirlərsə, onlar sonradan özlərini pis hiss edirlər", - deyə məqalədə bildirilir.

Son xəbərlər

Orphus sistemi