E-PUL elektron ödəmə platforması və “Visa” beynəlxalq ödəniş sistemi #EvdəQalNağdsızÖdə kampaniyasına başladığını elan ediblər.
“Visa”dan “Report”a verilən məlumata görə, kampaniya E-PUL platformasının bütün istifadəçilərinə evdən çıxmadan lazımi ödənişləri tez və təhlükəsiz həyata keçirməyə kömək etmək və koronavirusun yayılmasına qarşı mübarizəyə töhfə vermək üçündür.
Kampaniya çərçivəsində E-PUL platformasında “Visa” kartı ilə həyata keçirilən hər bir əməliyyatdan Prezident
Qeyd edək ki, aksiyada həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər iştirak edə bilərlər. Kampaniya aprelin 3-dən 30-dək olan müddətdə keçiriləcək.
#EvdəQal çağırışına qoşulan E-PUL vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə nağdsız ödənişlərin artırılmasına yönəlmiş tədbirləri sürətləndirib.
E-PUL-dan istifadə etmək üçün elektron ödəmə platformasının rəsmi saytından (