“Ericsson”: Avropada 5G rabitəsinin tətbiqi yubanacaq

“Ericsson”: Avropada 5G rabitəsinin tətbiqi yubanacaq COVID-19 pandemiyası dövründə Avropa ölkələrindəki rabitə providerlərinin karantinlə və gəlirlərinin azalması ilə bağlı infrastrukturu yeniləmə işlərini təxirə saldıqları üçün 5G texnologiyasının tətbiqi yubana bilər.
İKT
22 Aprel , 2020 17:19
“Ericsson”: Avropada 5G rabitəsinin tətbiqi yubanacaq

COVID-19 pandemiyası dövründə Avropa ölkələrindəki rabitə providerlərinin karantinlə və gəlirlərinin azalması ilə bağlı infrastrukturu yeniləmə işlərini təxirə saldıqları üçün 5G texnologiyasının tətbiqi yubana bilər.

“Report” xəbər verir ki, bu barədə “Ericsson” şirkətinin rəhbəri Börye Ekholm cari ilin birinci rübünün yekunları barədə açıqlamasında bildirib:

“Biz Avropada 5G-yə sərmayələrin yubadılmasından narahatıq. Bununla da Avropa gələcəyi üçün çox mühüm olan rəqəmli sistemlərinin tətbiqində geriləyə bilər. Halbuki həmin rəqəmli infrastrukturun əhəmiyyəti pandemiya dövründə bir daha ortaya çıxdı. Bizim fikrimizcə, hökumətlər iqtisadiyyatı canlandırmaq vasitəsi kimi 5G-yə yatırımlara rəvac verməlidir”.

“Ericsson”a gəlincə, pandemiyanın fəsadları şirkət üçün elə də böyük deyil. Belə ki, cari ilin birinci rübündəki satışlar ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalıb, məcmu mənfəət 38,5 faizdən 40,4 faizədək artıb, xalis mənfəət 5 faiz azalıb.

Maraqlıdır ki, koronavirus pandemiyası Avropada 5G texnologiyaların tətbiqinə bir qədər qəribə təsir edib. Belə ki, bu ayın əvvəllərində internetdə 5G şəbəkəsində guya koronavirusun yayılması barədə yayılan xəbərlərdən sonra Böyük Britaniyada bir neçə baza stansiyası yerli sakinlər tərəfindən dağıdılmışdı.

Son xəbərlər

Orphus sistemi