"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək Şirkət bu yolla xərclərini nizamlamağa çalışır
İKT
17 Avqust , 2017 20:21
Ericsson 25 minədək işçisini ixtisar edəcək

Bakı. 17 avqust. REPORT.AZ/ İsveçin "Ericsson" şirkəti xərclərin azaldılmasına dair tədbirlər çərçivəsində xarici ofislərində çalışan 25 mindən artıq əməkdaşını ixtisar edəcək.

"Report"un "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, ixtisar "Ericsson"un İsveçdəki əməkdaşlarına şamil edilməyəcək.

Belə ki, ixtisar nəticəsində 80-90% ştat azaldılmış olacaq.

Qeyd edək ki, hazırda "Ericsson"un ümumi ştatı təxminən 109 min nəfərdən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi