Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb Bakı. 21 avqust. REPORT.AZ/ Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır.
İKT
21 Avqust , 2018 20:22
Ən ucuz mobil rabitənin olduğu ölkələr açıqlanıb

Bakı. 21 avqust. REPORT.AZ/ Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır. 

"Report" "Vesti-Finance" nəşrinə istinadən xəbər verir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər. 

Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb. 

Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var.  Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.

Son xəbərlər

Orphus sistemi