Yuxarı

Azərbaycanda elektron ticarət dövriyyəsi 2,4 dəfə artıb

Elektron ticarət dövriyyəsinin 95%-ni qeyri-ərzaq malları təşkil edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 2,4 dəfə artaraq 6,4 mln. manata çatıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 91,3%-ni hüquqi şəxslər, 8,7%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,6%-ni qeyri-ərzaq malları təşkil edib.

Hesabat ilində istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22,0 mlrd. manatlıq və ya 2013-cü illə müqayisədə 10% çox əmtəə satılıb.

Satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013 - cü il ilə müqayisədə 3,3 faiz bəndi artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi