Emin Axundov: "Azərbaycanda tədris sistemini dəyişmək lazımdır"

Emin Axundov: "Azərbaycanda tədris sistemini dəyişmək lazımdır" Bakı. 15 dekabr. REPORT.AZ/ Bizə bir çox həlləri təqdim edən tələbələr həmin bilikləri universitet auditoriyalarında qazanmırlar. Onlar bu bilikləri bizim təqdim etdiyimiz 2-3 aylıq təhsil proqramaları zamanı əldə edirlər. 
İKT
15 Dekabr , 2017 13:15
Emin Axundov: Azərbaycanda tədris sistemini dəyişmək lazımdır

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bizə bir çox həlləri təqdim edən tələbələr həmin bilikləri universitet auditoriyalarında qazanmırlar. Onlar bu bilikləri bizim təqdim etdiyimiz 2-3 aylıq təhsil proqramaları zamanı əldə edirlər". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Texnologiyalar və innovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda konfransında çıxış edən "Microsoft Azerbaijan" şirkətinin nümayəndəsi Emin Axundov deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil, tədris sistemini dəyişmək lazımdır: "Universiterlərlə uzun müddət apardığımız danışıqların nəticəsində iki universitetlə razılığa gəldik. Razılaşmaya görə, əgər tələbə "Microsoft"un sertifikatı ilə gəlsə və dərslərinin hansısa hissəsi ilə bizim təlimlərdə keçirilən mövzular üst-üstə düşsə, bu zaman tələbə əlavə ballar alacaq".

Son xəbərlər

Orphus sistemi