Yuxarı
    Bağlamaq

    Əli Abbasov: "TASIM layihəsi TANAP qədər vacibdir"

    Türkiyə və Azərbaycan texnologiya bə kommunikasiyalar baxımından mühüm rol oynayır

    Bakı. 9 aprel. REPORT.AZ/ Honqkonq və Frankfurtu birləşdirən transmilli optik-lif magistralın yaradılmasına yönələn Transavrasiya yüksəksürətli informasiya magistralı (TASIM) "Transanadolu qaz kəməri" layihəsi qədər vacibdir. 

    "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet Daily News" qəzetinə müsahibəsində Azərbaycanın kommunikasiya və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. 

    "TASIM həyata keçirildiyi zaman TANAP qədər əhəmiyyətli olacaq", - Ə.Abbasov qeyd edib. 

    "Bu gün Azərbaycan və Türkiyə neft və təbbi qaz sahəsindən kənar, yəni kommunikasiya sahəsində münasibətləri qurmağa çalışır", - nazir deyib.

    O vurğulayıb ki, Türkiyə və Azərbaycan hər iki ölkənin iş adamları və sahibkarları üçün açıq olacaq bazarların yaradılmasına dair birgə layihəyələrə və dünya ölkələri ilə ticarətin genişləndirilməsi üçün imkanlara sahibdir. 

    "Bundan başqa, Azərbaycan və Türkiyə energetika və nəqliyyat baxımından Avropa və Asiya arasında körpü rolunu oynayır. İndi ölkələrimiz kommunikasiya və informasiya texnologiyaları baxımından da vacib rol oynayacaq", - Ə.Abbasov qeyd edib. 

    Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın regiondakı nüfuzu artır, bu da qonşu ölkələri texnologiya və kommunikasiya sahələrimizə marağını artırır. 

    Qeyd edək ki, plana görə TASIM Frankfurtdan Honqkonqa qədər əsas optik-lif marşrutu olacaq. Həmin marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçəcək. Həmçinin Rusiya, Ukrayna və Polşadan keçəcək ehtiyat şimal marşrutunun yaradılması imkanları da nəzərdən keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi