Yuxarı

Sabah rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

Nazirin qəbulunda daha beş rayonun sakinləri də iştirak edə bilərlər

Bakı. 14 may. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mayın 15-i saat 10:00-da Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirliyin mətbuta xidmətindən "Report"a daxil olan məlumata görə, vətəndaşlardan elektron poçt ünvanı (mincom@mincom.gov.az), 1655 saylı Qaynar xətt, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi