Azərbaycan yeni peyklə bağlı tenderin qalibini yaxın vaxtlarda elan edəcək

Azərbaycan yeni peyklə bağlı tenderin qalibini yaxın vaxtlarda elan edəcək Nazir Əli Abbasov: "İkinci peykin 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində orbitə çıxarılması planlaşdırılır"
İKT
27 Avqust , 2015 12:42
Azərbaycan yeni peyklə bağlı tenderin qalibini yaxın vaxtlarda elan edəcək

Bakı. 27 avqust. REPORT. AZ/ Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin orbitə çıxarılması layihəsi ilə bağlı keçirilən tenderin qalibi yaxın vaxtlarda elan olunacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. 

Nazir bildirib ki, artıq tenderin nəticələri hazırdır: "İkinci peykin orbitə buraxılması 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlinə planlaşdırılıb və hazırda bu istiqamətdə iş aparılır".

Son xəbərlər

Orphus sistemi