Yuxarı

Elektron poçtun yaradıcısı vəfat edib

Rey Tomlinson dünyada ilk dəfə olaraq 1971-ci ildə elektron məktubu göndərməyə müvəffəq olub

Bakı. 7 mart. REPORT.AZ/ Elektron poçtun yaradıcısı kimi tanınan amerikalı proqramçı Rey Tomlinson ötən gün vəfat edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ürək-damar çatışmazlığından əziyyət çəkən 75 yaşlı Tomlinson dünyada ilk dəfə olaraq 1971-ci ildə elektron məktubu göndərməyə müvəffəq olub.

Məlumata əsasən, @ (at-sign) simvolunun istifadəsini də vaxtı ilə məhz bu proqramçı təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi