​"Elektron hökumət" portalına daxil olanların sayı açıqlanıb

​"Elektron hökumət" portalına daxil olanların sayı açıqlanıb Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib
İKT
9 Sentyabr , 2014 12:43
​Elektron hökumət portalına daxil olanların sayı açıqlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ / Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən 2012-ci ilin dekabrından 2014-cü ilin avqust ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 157 077 daxilolma qeydə alınıb.

Nazilikdən "Report"a verilən məlumata görə, portala müraciət edənlərin ümumi sayı isə 852 585 nəfər olub. Belə ki, 852 585 nəfər ümumən 2 157 077 dəfə portala baxıb və 3 735 355 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 7 231 983 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri ortalama vaxt 5dəq 12san olub.

Ümumilikdə bu gün vətəndaşların portala marağın artması ilə yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 39,6%-ni yeni istifadəçilər, 60,4%-ni isə təkrar müraciət edənlər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi