“Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar müəyyən edilib

“Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar müəyyən edilib ƏƏSMN-nin elektron xidmətlərinə ümumilikdə 4 577 529 dəfə müraciət olunub
İKT
9 İyun , 2017 20:56
“Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar müəyyən edilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin ilk beş ayı ərzində “Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyən edilib. 

“Report” xəbər verir ki, bu barədə “Elektron hökumət” portalının operatoru Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

ƏƏSMN-nin elektron xidmətlərinə ümumilikdə 4 577 529 dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1 388 673-ə çatan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. Bu xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışını təmin edir.

Sıralamada ikinci yeri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tutub. Bu qurumun da xidmətlərinə müraciət sayı 3 088 725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir. Cari ilin bu gününədək xidmətə müraciət sayı 1 692 360-a çatıb.

Dövlət İmtahan Mərkəzi (DİM) də xidmətlərindən ən çox istifadə edilən qurumlardandir. DİM-in təqdim etdiyi elektron xidmətlərə müraciət sayı 1 005 477-dir. Ən çox “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət qeydə alınıb, göstərici 384 492 dəfə olub.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinə 332 638, "Azərsu" ASC 59 596, Daxili İşlər Nazirliyinə 39 615, Əmlak Məsələləri Dövlət Komitəsinə 33 644, Ədliyyə Nazirliyinə 20 190, Mərkəzi Seçki Komissiyası 16 822, Vergilər Nazirliyinə 14 470 dəfə müraciət qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi