"Elektron-hökumət" portalının aprel hesabatı təqdim olunub

"Elektron-hökumət" portalının aprel hesabatı təqdim olunub Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alanların sayı 214 minə çatıb
İKT
7 May , 2015 12:17
Elektron-hökumət portalının aprel hesabatı təqdim olunub

Bakı. 7 may. REPORT.AZ/ "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aprel ayı ərzində "e-hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə müvafiq bülletenin dərc olunması ilə bağlı brifinq keçirilib.

"Report" xəbər verir ki, bülletendə "e-hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" İKT sahəsindəki təcrübəsi barədə xəbərlər əksini tapır.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin aprelin 30-na qədər qədər portala ümumilikdə 5 891,7 min nəfər daxil olub. Portala müraciət edənlərin ümumi sayı isə 1 710,9 min nəfər olub. Onların 29,1%-ni yeni istifadəçilər, 70,9%-ni isə təkrar müraciət edənlər təşkil edib. Aprel ayı ərzində isə portala 1 037,6 min daxilolma qeydə alınıb. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 213,6 minə çatıb.

Bu dəfə bülletendə aprel ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısı, bir ay üçün təqdim olunmuş elektron imza vəsiqələri, bütün qurumlar üzrə portal tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatlar yer alıb.

Brifinqdə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İnternet Forumu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndələri iştirak ediblər, mənsub olduqları dövlət qurumlarının həyata keçirdiyi elektron xidmətlərdən danışıblar.

Son xəbərlər

Orphus sistemi